İsrail Dəməşqdə Hizbullahı darmadağın edir

İsrail aviasiyası Dəməşqin ətrafı Seyda Zeynəbdəki obyektə zərbə endirib, güclü partlayış səsləri eşidilib.

Musavat.com xəbər verir ki, bu barədə İsrail mediası yazıb. Bildirilir ki, Dəməşq ərazisində üç hədəfə hücum edilib. İlkin məlumata görə, hücum nəticəsində ölənlər olub. Suriya İnsan Haqları Mərkəzi Əl Ərəbiyyəyə bildirib ki, hədəflərdən biri Hizbullah və İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığı altında fəaliyyət göstərən silahlıların istifadə etdiyi ferma evi olub.

Yerli sakinlərdən biri AFP-yə bildirib ki, üç ardıcıl partlayış eşidib.

ÇAXAL-ın mətbuat xidmətinin məlumatına görə, Dəməşqdəki hücumun hədəflərindən biri Hizbullah ofisləri olub və təşkilat tərəfindən təxribatçı fəaliyyətləri əlaqələndirmək üçün istifadə edilib. Suriya Mülki Aviasiya İdarəsinin baş direktoru Basem Mansur “Al Wa0tan” qəzetinə deyib ki, İsrail Hərbi Hava Qüvvələrinin hücumu zamanı Dəməşq hava limanına heç bir ziyan dəyməyib.

 

Şahanə Rəhimli
Musavat.com

04.11.2024 22:58
405