Fələstinin radikal HƏMAS hərəkatı İsrailin də eyni addımı atacağı təqdirdə atəşkəs razılaşmasının prinsiplərinə əməl edəcək.
Musavat.com xəbər verir ki, bu sözləri hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin “Əl-Cəzirə” telekanalında deyib.
"İsrail hörmət etdiyi müddətcə atəşkəs razılaşmasını yerinə yetirmək öhdəliyimizi bir daha təsdiqləyirik", - deyə o bildirib.
Onun sözlərinə görə, ötən müddət ərzində Misir və Qətər razılaşmanın əldə olunması üçün diplomatik sahədə çox böyük səylər göstərib:
"Biz öz tərəfimizdən bu iki ölkəyə dərin təşəkkürümüzü bildiririk və onlarla əməkdaşlığı davam etdirməyə hazırıq".
Musavat.com