İsrail ordusu son 24 saat ərzində Qəzza zolağı və Livanda Fələstinin radikal HƏMAS hərəkatı və Livanın şiə təşkilatı Hizbullah ilə əlaqəli 175 hədəfə zərbə endirib.
Musavat.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Son sutka ərzində Hərbi Hava Qüvvələri Qəzza zolağında və Livanda təxminən 175 terrorçu hədəfə zərbələr endirib. Vurulan hədəflər arasında HƏMAS və Hizbullah terror təşkilatlarının silah anbarları, atış mövqeləri və terror infrastrukturu olub”.
Şahanə Rəhimli
Musavat.com