İsrail Baş naziri: "Hizbullah"ın bazalarında Rusiyanın ən müasir silahları aşkar edilib

İsrail Baş naziri Benyamin Netanyahu "Le Figaro"ya verdiyi müsahibəsində İsrail Müdafiə Qüvvələrinin (İDF) Livanda "Hizbullah"ın bazalarında Rusiyanın ən müasir silahlarını aşkarladığını bildirib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının qətnaməsinə əsasən, Livanın cənubunda yalnız Livan ordusu silaha sahib ola bilər.

Buna baxmayaraq, "Hizbullah" bu silahları İsraillə sərhəd boyunca müxtəlif tunellərdə və gizli anbarlarda qanunsuz şəkildə saxlayır.

Netanyahu həmçinin vurğulayıb ki, bu cür fəaliyyətlər bölgədəki sabitliyi təhdid edir və beynəlxalq qanunvericiliyin ciddi şəkildə pozulmasıdır.

17.10.2024 10:21
461