İsrail antiterror əməliyyatına BAŞLADI

İsrailin təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilinin Cenin və Tulkarm şəhərlərində “terrorla mübarizə əməliyyatı”na başlayıb.

Bu barədə ordunun mətbuat xidməti tərəfindən yayılan, ölkənin Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin birgə bəyanatında deyilir.

Digər təfərrüatlar hələ açıqlanmır.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki məscidə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək, onu və Livan və Suriyanın müəyyən bölgələrini vurmağa başlayıb, bundan sonra Fələstin anklavında quru əməliyyatına başlayıb.//Report

28.08.2024 07:06
486