İsrail ABŞ-dan sonra ən yeni F-15EX döyüş-bombardmançı təyyarələrinin modifikasiyasını alacaq.
Musavat.com xəbər verir ki, İsrail "Boeing" ilə 25 ədəd F-15IA (F-15EX-in yerli versiyası) təyyarəsinin alqısı üzrə müqavilə imzalayıb.
Məlumata görə, ümumi məbləği 5,2 milyard ABŞ dolları olan bu razılaşmada əlavə 25 təyyarə almaq imkanı da var.
ABŞ-ın hərbi yardımı ilə maliyyələşdirilən bu təyyarələr 2031-ci ildən başlayaraq hər il 4-6 ədədlik qruplar halında tədarük ediləcək.
Musavat.com