İsrail ABŞ-a İrandakı hərbi hədəflərə mümkün hücumlar barədə xəbərdarlıq edib

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Bayden administrasiyasına nüvə və neft obyektlərinə deyil, İrandakı hərbi obyektlərə zərbə endirmək istədiyini bildirib.

APA xəbər verir ki, bu barədə “The Washington Post“ qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinə görə, oktyabrın 9-da Baydenlə telefon danışığı zamanı Netanyahu İrandakı hərbi infrastrukturu hədəf almağı planlaşdırdığını deyib.

Nəşrin iddialarına görə isə bu o deməkdir ki, İsrail tammiqyaslı müharibənin qarşısını almaq üçün daha məhdud cavab zərbəsi endirə bilər.

15.10.2024 03:11
326