2024-cü il yanvarın 1-dən sentyabrın 15-dək İspaniyaya 38 minə yaxın qeyri-qanuni miqrant gəlib. Bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, DİN-in məlumatına görə, bu, göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,1% çoxdur. Eyni zamanda, ən çox miqrant Kanar adalarına gəlib - demək olar ki, 27 min nəfər. Bu, 2023-cü ilin yanvarından sentyabrın ortalarına qədər qeydə alınan göstəricidən 85,1% çoxdur.
Kanar adalarında qeyri-qanuni mühacirlərlə bağlı vəziyyət keçən il arxipelaqa 39,9 min miqrantın gəldiyi zaman pisləşib. Bu rəqəm 2022-ci illə müqayisədə 154,5% çoxdur.
Musavat.com