İspaniyanın Kralı Azərbaycanın dövlət başçısına təbrik məktubu ünvanlayıb

İspaniyanın Kralı VI Felipe Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, istəkli Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm".

23.05.2023 15:07
239