İspaniyada güclü yağışlar və daşqınlar nəticəsində 72 nəfərin həlak olduğu bildirilir. Sel suları ölkənin müxtəlif bölgələrində ciddi fəsadlar törədib, yollar bağlanıb və körpülər dağılıb. Hökumət, daşqınların daha da genişlənməsi ehtimalına qarşı təxliyə əməliyyatlarını sürətləndirib. Minlərlə insan təhlükəsiz ərazilərə köçürülüb və xilasetmə işlərinə ordunun xüsusi bölmələri də cəlb edilib.
İspaniya Meteoroloji Xidməti, bölgələrdə yağışların davam edəcəyini və vəziyyətin pisləşə biləcəyini bildirib. Xüsusilə Kataloniya və Valensiya bölgələrində əhalidən ehtiyatlı olmaları xahiş edilib.
Müxtəlif mənbələrdən verilən məlumatlara görə, sel fəlakəti ölkənin iqtisadiyyatına da ciddi zərbə vurub. İnfrastruktur ziyanı ilə bağlı ilkin dəyərləndirmələr hələ də aparılır. Bu hadisə, İspaniyada son illərdə baş verən ən dağıdıcı təbii fəlakətlərdən biri kimi qiymətləndirilir.
Musavat.com