İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb

İspaniyanın Valensiya şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 92 nəfərə çatıb, ölkənin digər iki bölgəsində isə 3 nəfərin həlak olduğu bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə Regional Fövqəladə Hallar Xidməti “X” sosial şəbəkəsində məlumat yayıb. Departament, hadisəni ölkə tarixində ən böyük təbii fəlakətlərdən biri kimi xarakterizə edib.

Fəlakətin nəticəsi olaraq, krallığın şərqində dəmir yolu əlaqəsi pozulub və onlarla marşrut bağlanıb. Hazırda xilasetmə işləri davam edir və prosesə yüzlərlə hərbçi cəlb edilib. 

 

Musavat.com

30.10.2024 23:34
354