İspaniya hakimiyyəti Ukrayna ilə birgə istintaq qrupunun yaradılmasından imtina edib. Səbəb isə keçmiş prezident Viktor Yanukoviçin administrasiyasının sabiq rəhbər müavini Andrey Portnovun qətli ilə bağlı Ukrayna xüsusi xidmət orqanlarının mümkün əlaqələrinin istisna edilməməsidir.
Musavat.com xəbər verir ki, bu barədə ispan mətbuatı məlumat yayıb. Məlumata görə, İspaniya hüquq-mühafizə orqanları Portnovun ölümünü araşdırarkən Ukrayna xüsusi xidmətlərinin “mümkün izi” versiyasını istintaqdan kənarlaşdırmır.
Bundan əlavə, İspaniya hazırda Portnovun cəsədinin Ukraynaya verilməsindən də imtina edib. Mənbələrin bildirdiyinə görə, meyitin təhvil verilməsi ən tez halda gələn həftənin əvvəlində mümkün ola bilər.
Qeyd edək ki, Andrey Portnov uzun müddət Ukraynadan kənarda yaşayıb və Yanukoviç hakimiyyətindən sonra Ukraynada bir sıra cinayət işlərində adı hallanıb. Onun İspaniyada öldürülməsi beynəlxalq miqyasda rezonans doğurub.
Musavat.com