İspaniya hökuməti dağıdıcı daşqınlarla əlaqədar Valensiya bölgəsinə daha 10 min hərbçi və polis göndərəcək.
Musavat.com AP-yə istinadən xəbər verir ki, hazırda axtarış-xilasetmə işlərində 2 min əsgər və 1,8 min polis əməkdaşı iştirak edir. Əməliyyata daşqınlar zamanı 4,5 min insanı xilas edən İspaniya Mülki Qvardiyasının 2,5 min əməkdaşı da cəlb olunub, həmçinin minlərlə könüllü onlara kömək edir.
İndiyədək ölənlərin sayı 205-dir, onlardan 202-si Valensiyadadır. İtkin düşənlərin sayı hələlik məlum deyil.
Bu gün də xilasedicilər suda qalan avtomobillərin və binaların axtarışlarını davam etdirirlər. Dağıntılar təmizlənir.
Musavat.com