İsmayıllıda yanğın baş verib

İsmayıllı rayonunun Maçaxı kəndində ümumi sahəsi 48 m² olan taxta konstruksiyalardan ibarət tövlə və damına yığılan 11 ton ot bağlaması yanıb.

Fövqəladə Hallar Nazirliyindən Musavat.com-a bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

08.09.2022 02:08
483