İsmayıllıda kişi şəlalədən düşərək öldü

İsmayıllıda faciəli hadisə baş verib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Çayqovuşan kəndi ərazisindəki şəlalədə qeydə alınıb.

1986-cı il təvəllüdlü Ağabala Əlibala oğlu Ağayev şəlalədən yıxılaraq ölüb.

Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparırlar.

24.07.2024 02:16
1273