İsmayıllıda ağır qəza - sürücü öldü

Mayın 28-də saat 04 radələrində İsmayıllı rayonunun Topçu kəndi ərazisində “VAZ-2107” markalı avtomobil yolun təmir hissəsində dayanan ağır tonajlı texnikaya çırpılıb.

Musavat.com xəbər verir ki, nəticədə “VAZ”ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

28.05.2025 14:20
341