İsmayıllıda 8 ton çətənə kolu məhv edilib

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xanagah kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.


DİN-dən Musavat.com-a verilən məlumata görə, ümumi çəkisi 8 ton 147 kiloqram olan 9015 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Musavat.com

06.08.2024 16:04
306