İsmayıl Haniyə qətli ilə bağlı ŞOK DETAL - Mobil telefonunda...

Fələstinin HƏMAS təşkilatının lideri İsmayıl Haniyənin İranın paytaxtı Tehrandakı hərbi şəhərcikdə öldürülməsinin bəzi detalları məlum olub.

İsmayıl Haniyə mobil telefonundakı "WhatsApp" mesajlaşma şəbəkəsinə yerləşdirilən casus proqramının qurbanı olub.

Belə ki, Haniyənin olduğu yer məhz "WhatsApp"la müəyyənləşib. HƏMAS liderinin olduğu yer müəyyənləşdikdən sonra onun qaldığı binanın otağına raket atılıb. Raket uzaqdan idarə edilən olduğu üçün pəncərədən içəri daxil olaraq partlayıb.

BAKU.WS 

01.08.2024 12:07
1815