Xəbər verdiyimiz kimi, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.
Musavat.com xəbər verir ki, HƏMAS liderinin öldürülməsinin yeni detalları məlum olub.
Belə ki, "Al Hadath" telekanalının məlumatına görə, raket zərbəsi endirilən zaman İsmayıl Haniyə yataq otağında olub.
Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb.
Səudiyyə Ərəbistanı mətbuatının məlumatına görə, sui-qəsd yerli vaxtla gecə saat 02:00-da idarə olunan raketdən istifadə edilməklə həyata keçirilib.
Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.
Musavat.com