İşıqforu maşınla sındırıb qaçdı - VİDEO

Bu gün səhər saatlarında Yasamal rayonu Abbas Mirzə Şərifzadə və Heydər Hüseynov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, qəza səbəbindən yolda olan bir ədəd piyada svetoforu yararsız hala düşüb.

Mərkəzin texniki əməkdaşları tərəfindən işıqforun bərpası istiqamətində işlər görülür.

27.05.2024 16:35
589