İŞİD-in Suriya və İraq üzrə rəhbəri öldürüldü

İŞİD terror təşkilatının Suriya və İraq lideri Abdullah Maki Musleh El Rifai öldürülüb.

Bu barədə İraqın Baş naziri Məhəmməd əs-Sudani bildirib.

Onun dünyanın ən təhlükəli terrorçularından biri olduğu qeyd edilir.

Məlumata görə, İraq təhlükəsizlik qüvvələri əməliyyatı ABŞ-nin rəhbərlik etdiyi koalisiya ilə birgə həyata keçirib.//Report

14.03.2025 20:50
414