2015-ci ildə İŞİD terror təşkilatının qədim şəhərlərə, tarixi abidələrə vurduğu ziyan bütün dünyada böyük əks-səda doğurmuşdu.
Musavat.com xəbər verir ki, İŞİD törətdiyi vəhşiliklərə aid yeni görüntülər ortaya çıxıb.
Kadrlarda terror təşkilatının qədim zamanlardan qalma əsərləri bir-bir dağıdıb məhv etdiyi, hətta partlatdığı anlar əks olunub.
Sözügedən görüntülərin 2015-ci ilə aid olduğu açıqlanıb. Görüntülərdə terror təşkilatı İŞİD-in Mosulda Assuriya dövrünə aid arxeoloji əsərləri məhv edən və qədim şəhərləri partladan görüntülər yer alıb.
Nazirlikdən verilən açıqlamada İŞİD silahlılarının Assuriya dövrünə (e.ə. 1244 - 1373) aid olan Nemrud şəhərinə hücumu nəticəsində tarixi məkanın xarabalığa çevrildiyi bildirilib.
Musavat.com