İşdən çıxarılan prokurora YENİ VƏZİFƏ verildi

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Səbuhi Şahverdiyev uzun illər Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb. O, 2023-cü ilin yanvarın 31-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. (manset.az)

29.11.2023 14:33
3348