"İş tapa bilmirəm, yeməyim yoxdur" - Roza Zərgərlinin oğlu

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü kiçik oğlu Jerard Qafarov işsizlikdən şikayətlənib.

Bu barədə Jerard sosial media hesabında yazıb.

O, işsiz olduğunu, yeməyə belə pul tapmadığını açıqlayıb:

“4-5 gündür işsizəm. İş tapa bilmirəm. Evdə yeməyim yoxdur. Neçə gündür yemək də yeyə bilmirəm. İmkanı çatan mənə kömək ola bilər, evimə yemək alım. Kimin imkanı çatırsa, yazar, kart ataram, pis vəziyyətdəyəm”.

Qeyd edək ki, Jerardın qardaşı aktyor Corc Qafarovdur. R.Zərgərlinin Bənövşə adlı daha bir qızı var. (Axşam.az)

06.08.2024 11:12
1452