İş adamı Qənirə Paşayeva və Mehmet Mutlunun xatirəsinə ehsan verdi - FOTO, VİDEO

İş adamı Zaur Əhmədov sentyabrın 28-də vəfat etmiş millət vəkili Qənirə Paşayeva və sentyabrın 22-də dünyasını dəyişmiş Türkiyənin tanınmış iş adamı, Uşaq Oyunları Federasiyasının rəhbəri Mehmet Mutlunun xatirəsinə ehsan verib.

Musavat.com xəbər verir ki, ehsan süfrəsi Qazax rayonunda, "İstanbul" ailəvi restoranında açılıb.

İş adamı Musavat.com-a açıqlamasında bildirib ki, məqsədi Türk dünyasının önəmli simalarının ruhunu anmaqdır.

Mərasimdə Q.Paşayeva və M.Mutlunun ruhuna dualar oxunub.

03.10.2023 17:27
1502