İş adamı maşınında güllələndi - VİDEO

Rusiyanın Perm şəhərində iş adamı küçədə güllələnib.

Bu barədə REN TV məlumat yayıb.

Hadisə oktyabrın 5-də baş verib.

Bu gün axşam saatlarında Pervomayskaya küçəsində bar sahibi olan Aleksandr Lukov avtomobilini idarə etdiyi müəssisəyə aparıb və park edib.

Aleksandr maşından çıxan kimi naməlum şəxs ona yaxınlaşaraq tapançadan bir neçə dəfə atəş açıb.

İndi bütün hüquq-mühafizə orqanları qətl hadisəsi yerində işləyir, qatili axtarır.

05.10.2023 23:30
2816