İrlandiya Prezidenti Maykl Hiqqinsi Qəzzadakı humanitar böhrana görə BMT-ni fövqəladə addımlar atmağa çağırıb.
Musavat.com xəbər verir ki, Hiqqinsi İrlandiyanın dövlət radiosu RTE-yə müsahibəsində BMT Nizamnaməsinin 7-ci maddəsinə istinad edib: “BMT Baş Assambleyası müəyyən dəstəyi göstərərsə, Təhlükəsizlik Şurası veto tətbiq etsə belə, baş katib humanitar yardımın təminatı üçün ordu göndərə bilər”, – deyə o bildirib.
Prezident Qəzzadakı vəziyyəti “məsuliyyətsizliyin hökmranlığı” adlandırıb. Onun sözlərinə görə, İsrail hökumətinin üç üzvünün açıq şəkildə qanunsuz addımlara maraq göstərməsi və beynəlxalq hüquqa məhəl qoymaması “fövqəladə bir an” kimi qiymətləndirilməlidir.
Musavat.com