İrina Şeyk Beyonsenin çimərlik paltarının reklamında çəkilib - FOTO

36 yaşlı Rusiya əsilli model İrina Şeyk müğənni Beyonsenin “Adidas” brendi ilə birgə yaratdığı yeni “Ivytopia” çimərlik kolleksiyasının reklam kampaniyasında yer alıb.

İstehsalçının məlumatına görə, “Ivytopia” çox geniş ölçü diapazonuna (XXXS-dən XXXXL-ə qədər) və nisbətən aşağı qiymətə (30-dan 200 dollara qədər) malik inklüziv və gender-neytral kolleksiyadır.

Yeni çimərlik geyimləri 22 iyul 2022-ci il tarixindən etibarən satışda olacaq.//Oxu.az

12.07.2022 02:19
884