İrəvanın tarixi keçmişinin məhvindən bəhs edən daha bir film -VİDEO

CBC telekanalının çəkiliş qrupu yenidən Ermənistanda olub, burada tarixi abidələrin, İrəvanda azərbaycanlıların keçmişdə məskunlaşmasını sübut edən dıgər yerlərin taleyi ilə bağlı jurnalist araşdırması aparıb.

Musavat.com xəbər verir ki, CBC ekspedisiyası İrəvanda azərbaycanlıların memarlıq və mədəni irsinin tarixini öyrənmək məqsədi daşıyırdı.

Çəkiliş zamanı Ermənistan hakimiyyətinin İrəvandakı azərbaycanlıların mədəni irsini məhv etmək cəhdləri üzə çıxıb.
Müsahibələri alınmış sakinlər əmindirlər ki, İrəvanda heç vaxt Qədim Şəhər olmayıb və İrəvan sovet dövründə tikilib.
Çəkiliş qrupu Sovet İttifaqının mövcud olduğu dövrdə sökülən XVII əsrə aid Zalxana məscidinin əvvəllər yerləşdiyi ərazidə olub.
Çəkilişlər əvvəllər azərbaycanlıların yaşadığı Firdovsinin adını daşıyan küçədə aparılıb. Orada köhnə evlərin irimiqyaslı söküntüsü davam edir.

Cəfər Cabbarlı adına Azərbaycan Dram Teatrının yerləşdiyi binanın taleyinə aydınlıq gətirilib.

İrəvan qəbiristanlıqlarında azərbaycanlı məzarlarının qəsdən dağıdılması və hakimiyyətin əslində türklərə məxsus olan memarlıq obyektlərinə və artefaktlara erməni mənşəli abidələrə aid edilməsi cəhdləri üzə çıxıb.

Xüsusilə, söhbət İrəvanın mərkəzi meydanında aşkarlanmış və betonlanmış yeraltı şəhərlə bağlı qalmaqaldan gedir.

Sisian şəhərində ərəbcə yazılara baxmayaraq, Azərbaycanın mədəni-tarixi irsinin erməni mədəniyyəti abidələri kimi təqdim olunduğu muzey də çəkilib.

Yeni sənədli filmdə CBC-nin çəkiliş qrupunun ekspedisiyası zamanı İrəvanın əsl sakinləri haqqında hansı sübutların tapılması barədə söhbət gedəcək.

Musavat.com

23.12.2023 10:22
669