Sosial şəbəkələrdə İrəvanın mərkəzində azərbaycanlı diversantın həbs edilməsi ilə bağlı yayılan məlumat reallığa uyğun gəlmir.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan açıqlayıb. Qeyd olunub ki, sözügedən şəxs Rusiya vətəndaşı olub və narkotikə görə tutulub: "Onun üzərində heç bir narkotik maddə aşkar edilməyib, onun Ermənistanda turizm məqsədilə olduğu məlum olub. O, azadlığa buraxılıb".
Bundan əvvəl sosial şəbəkədə yayılan videoda guya İrəvanın mərkəzində həbs edilən şəxsin azərbaycanlı diversant olduğunu iddia edilib.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız millət vəkili Vahid Əhmədovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat