Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Ukrayna prezidenti Vladimir Zelenskinin Ermənistana planlaşdırılan səfəri ilə bağlı məlumatlara cavab verib.
Musavat.com bu barədə erməni mediasına istinadən məlumat verir.
“Deyə bilərəm ki, yüksək səviyyəli səfərlər vaxtında məlumatlandırılır”, - Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan yerli medianın sualını cavablandırarkən deyib.
Bundan əvvəl mətbuatda Vladimir Zelenskinin martda İrəvana səfər edəcəyi barədə məlumat yayılmışdı. Qeyd olunub ki, Ermənistana səfər martın 4-də baş tutacaq.
Musavat.com