“Azərbaycan demarkasiya prosesini bu dəfə tətbiq edilən formatda, tətbiq olunan alqoritmlə davam etdirməyə meyllidir”.
Musavat.com xəbər verir ki, bunu Ermənistan hökumətinin bu gün keçirilən iclasında baş nazirin müavini Mher Qriqoryan deyib.
Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yaxın 8-10 gün ərzində qəbul edilmiş qərarların icrası məsələsini həll etmək lazımdır.
“Artıq 10 gündür ki, Ermənistan Respublikasının sərhəd qoşunları Bağanis-Voskepar bölməsində xidmət edir. Yəni sərhəd dirəkləri quraşdırılan andan sərhəd qoşunları yeridilib. Hazırda ərazi daimi xidmət üçün öyrənilir. Bu proses digər sahələrdə də baş verəcək”, - deyə baş nazir əlavə edib.
Musavat.com