İrəvandan qaçmaq istəyən Rusiya və Litva vətəndaşları həbs edildi

Dörd Rusiya vətəndaşı və bir Litva vətəndaşı İrəvan metrosunda xuliqanlığa görə 2 ay müddətinə həbs edilib.

Musavat.com-un məlumatına görə, ölkənin İstintaq Komitəsindən bu barədə bildirilib.

Məlumata görə, həmin şəxslər Baqrataşen keçid məntəqəsindən Gürcüstana daxil olaraq ölkəni tərk etməyə cəhd ediblər.

Musavat.com

06.02.2025 22:35
348