İrəvandan Moskvaya uçan təyyarə TƏCİLİ ENİŞ ETDİ

İrəvandan Moskvaya uçan “Aeroflot” aviaşirkətinin təyyarəsi sərnişinin səhhətinin pisləşməsi ilə əlaqədar (Moskva vaxtı ilə 01:12) Həştərxan hava limanına məcburi eniş edib.

Musavat.com xəbər verir ki, bu barədə Həştərxan hava limanının nümayəndəsi Anastasiya Qolodova TASS-a bildirib.

Onun sözlərinə görə, uçuş Moskva vaxtı ilə saat 13:00 planlaşdırılıb.

Qeyd olunub ki, sərnişin təyyarədən çıxarılaraq tibb müəssisəsinə yerləşdirilib.

Regional Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən sərnişində kəskin respirator virus infeksiyasının əlamətləri aşkarlanıb.

Eyni reysdə olan digər sərnişində də oxşar əlamətlər aşkarlanıb, lakin o, xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Musavat.com

16.09.2024 13:57
575