İrəvandan Moskvaya gizli zərbə: Zəngəzurda geosiyasi mübarizə qızışır

Ermənistan hakimiyyəti Rusiyanın Qafanda konsulluq açmaq istəyinin qarşısını alır.

Musavat.com Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb.

“Hraparak” nəşri mənbələrinə istinadən qeyd edir ki, Rusiya konsulluq açmaq istəyini rəsmi şəkildə bildirib: “Bundan sonra Qafanda konsulluq üçün yer də ayrılıb, lakin müxtəlif yollarla məsələ uzadılır, gizli şəkildə maneələr yaradılır. Bu məqsədlə Qafan camaatının etirazını formalaşdırmağa çalışırlar. Hakim partiyanın deputatı Marina Qazaryan bu prosesdə aktiv rol oynayır. O, hətta Qafan camaatı adından Xarici İşlər Nazirliyinə etiraz məktubu hazırlayıb, yerli camaatın məktubu imzalaması təşəbbüsü ilə çıxış edib”.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov yaxın vaxtlarda Qafanda konsulluq açacaqlarını bildirmişdi. Hazırda Qafanda İranın konsulluğu fəaliyyət göstərir. Rusiyanın da analoji addım atmaq istəyi Zəngəzur bölgəsində Qərblə geosiyasi mübarizədən qaynaqlanır.

25.06.2024 20:21
861