İrəvandan “mina xəritəsi” açıqlaması  

Ermənistanın “mina xəritəsi” oyunbazlığı davam edir.

Musavat.com bildirir ki, bu gün keçirilən sərhəd görüşündə yeni mina xəritələrinin Azərbaycan tərəfə təhvil veriləcəyi xəbərini yayan ermənilər günün sonunda özlərini təkzib ediblər.

Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən yerli mediaya verilən məlumata görə, baş nazir müavinlərinin bugünkü iclasında minalanmış ərazilərin xəritələrinin Azərbaycana ötürülməsi olmayıb.

Bundan əvvəl KİV-də danışıqlarda bu sənədlərin ötürülməsi nəzərdə tutulduğu bildirilirdi.

Musavat.com

31.01.2024 18:12
639