İrəvandan Bakıya gələcək nəqliyyat kommunikasiyaları ilə bağlı TƏKLİF

İrəvan Bakıya gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyini özəl mühafizə şirkətlərinə həvalə etməyi təklif edir.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.

O bildirib ki, Azərbaycan ərazisindən keçəcək kommunikasiyaların həmin hissəsini özəl təhlükəsizlik agentlikləri də qorumalıdır. Və sərhəddə erməni sərhədçiləri və gömrükçüləri olacaq.

04.09.2024 12:08
568