İrəvandakı Suriya səfirliyi ilə bağlı SON XƏBƏR

Suriyanın Ermənistandakı səfirliyinin binasından Suriya Ərəb Respublikasının bayrağı götürülüb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Bununla belə, erməni jurnalistlərin çəkilişinə icazə verilməyib.

Qeyd edək ki, dünəndən etibarən Suriyanın bütün ölkələrdəki səfirliklərinin binalarından bayraqlar yığışdırılıb.

Musavat.com

09.12.2024 13:50
820