Polisin qumbaranı partlatması nəticəsində yaralanan 7 nəfər Ermənistan parlamentinin binasından təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən qeyd ediblər ki, bunlar ilkin məlumatlardır və sayı dəyişə bilər.
Bundan əvvəl bütün zərərçəkənlərin Heratsi Universitetinin xəstəxanasına yerləşdirildiyi bildirilib.
Musavat.com