Hazırda etirazçılar arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə Respublika meydanından İrəvan Dövlət Universitetinə doğru hərəkət edirlər.
Musavat.com xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.
Yürüş iştirakçılarına Pedaqoji Universitetin bəzi tələbələri də qoşulub.
Məlumata görə, hazırda hərəkatın iştirakçıları İrəvan Dövlət Universitetinə doğru hərəkətini davam etdirirlər.
Qeyd olunub ki, 38 aksiya iştirakçısı İrəvanın müxtəlif polis idarələrinə aparılıb.
@@TVmusavat/85548@@
Musavat.com