Ermənistanda yük maşınının elektrik qatarı ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Ağır yük maşını relsləri səhv yerdə keçməyə çalışıb. Dəmiryol operatoru xəbər verir ki, qəza nəticəsində Gümrü-İrəvan elektrik qatarı relsdən çıxıb və hərəkət bir neçə saat dayanıb.
Musavat.com