İrəvanda ticarət mərkəzindəki partlayışda 3 nəfər ölüb, 61 nəfər yaralanıb - VİDEO

İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda daha bir nəfər ölüb.

APA xəbər verir bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib. Onun sözlərinə görə, dağıntılar altından bir qadının meyiti çıxarılıb.

Bununla da hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Son məlumatlara görə, xəsarət alanların sayı 61 nəfərdir.

14.08.2022 23:12
763