Xəbər verdiyimiz kimi, Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan höküməti xalqın tələblərini nəzərə almağa məcbur etmək üçün sabah saat 8:00-dan başlayaraq itaətsizlik aksiyaları elan edib.
Musavat.com xəbər verir ki, hazırda İrəvanda polis Baqramyan 26 ünvanındakı prezident sarayına qüvvələr yığır.
Bu barədə görüntülər erməni telegram kanallarında paylaşılıb.
Həmin görüntüləri təqdim edirik:
Xatırladaq ki, Ermənistanda etirazlar aprelin 19-da İrəvan və Bakının Tavuşla sərhədin delimitasiyasına başlamağa razılaşdığı bəlli olduqdan sonra başlayıb. Mayın 9-da Tavuşdan İrəvana yürüşə başçılıq edən erməni kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan Ermənistanın Baş naziri Nikol Paşinyanı istefaya çağırıb.
Musavat.com