İrəvanda rüşvətlə bağlı xüsusi əməliyyat

Ermənistan Milli Təhlükəsizlik Xidməti İrəvanın Şenqavit rayon administrasiyasında xüsusi əməliyyat keçirib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Təxminən 1,5 saat əməliyyat aparan MTX əməkdaşları iki məmuru şöbəyə aparıblar. Jurnalist Qaqik Şamşyanın sözlərinə görə, sonuncular rüşvət tələb etməkdə və almaqda şübhəli bilinirlər.

Axtarış-əməliyyat tədbiri zananı binada Şenqavit inzibati dairəsinin rəhbəri Razmik Mkrtçyan da olub.

Musavat.com

20.04.2025 10:42
315