İrəvanda fövqəladə hadisə baş verib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Ermənistan Daxili İşlər Nazirliyinin Nor-Nork polis şöbəsinə səhər saat 09:00-da Nor-Nork inzibati ərazi dairəsi rəhbərinin inzibati binasının pəncərələrinin atəşə tutulması barədə məlumat daxil olub. Hadisə yerinə əməliyyat qrupu gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Nor- Nork rayon administrasiyasının pəncərələrində 7 güllə izi aşkar ediblər. Hadisənin baş vermə şəraiti və atəş açan şəxsin kimliyinin aydınlaşdırılması istiqamətində zəruri tədbirlər görülür.
Musavat.com