Təhlükəsizlik əməkdaşları İrəvan polis bölməsi qarşısındakı silahlı şəxsi zərərsizləşdirib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Polis rəisi Narek Sarkisyan sosial şəbəkələrdə silahlı hücum edənlərin “Döyüş Qardaşlığı”nın üzvləri olması və komanda yoldaşlarının azadlığa buraxılmasını tələb etməsi ilə bağlı yayılan məlumatı şərh etməyib. Onun sözlərinə görə, hazırda həbs edilən “Döyüş Qardaşlığı”nın bütün üzvləri sərbəst buraxılıb.
Qumbara partlaması nəticəsində yaralanan iki silahlının vəziyyətinin orta ağır olduğu bildirilir.
Musavat.com
@@TVmusavat/81631@@