İrəvanda partlayış: 20 nəfərin taleyi naməlumdur

İrəvanda “Surmalu” ticarət mərkəzindəki yanğında 20 nəfərin taleyi barədə məlumat yoxdur.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin sözçüsü Hayk Kostanyan bildirib.

O qeyd edib ki, hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, bu gün günorta saatlarında başlayan yanğında son məlumatlara görə, 2 nəfər ölüb, 60 nəfər yaralanıb.

Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış pirotexnika dükanında baş verib.

14.08.2022 21:59
813