İrəvanda keçiriləçək III Avrasiya İqtisadi İttifaqı (Aİİ) Forumunun gündəliyinə 30-a yaxın tədbir daxil edilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bu il sentyabrın 30-dan oktyabrın 1-dək “Aİİ-nin 10 ili: perspektivlər və prioritetlər” forumu keçiriləcək.
“Forumun məqsədi iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, ixrac potensialının stimullaşdırılması, əməkdaşlıq əlaqələrinin formalaşdırılmasıdır. Bundan başqa iştirakçı ölkələrin və üçüncü ölkələrin iri, orta və kiçik biznes subyektlərinin investisiya və innovasiya potensialının reallaşdırılmasıdır”, - məlumatda bildirilib.