Tarixi İrəvan şəhərindəki mədəni irsimizdən bəhs edən kadrların çəkilməsi və yayımlanması Ermənistanda ciddi ajiotaja səbəb olub.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
İddia olunub ki, sənədli filmin çəkilməsinə rəsmi qurumlar icazə verib.
Rəsmi İrəvan Ermənistanın paytaxtında Azərbaycan filminin çəkilişinə icazə verilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Bildirilib ki, çəkilişlərin təşkili ilə bağlı Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə beynəlxalq təşkilatlardan, xarici KİV-lərdən və ya digər şəxslərdən hər hansı məktub və ya müraciət daxil olmayıb. Qurum hadisəni növbəti informasiya manipulyasiyası adlandırıb və medianı Azərbaycanın Teleqram kanallarının yaydığı videonu yaymamağa çağırıb.
Qeyd olunub ki, bundan əvvəl internetdə İrəvanın yeni görüntülərini əks etdirən “İrəvanda Azərbaycan tarixi-mədəni irsi” haqqında videokadrlar yayılıb.
Musavat.com