Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan əsir və itkin düşənlərlə bağlı açıqlama verib.
Musavat.com-un erməni mediasına istinadən bildirdiyinə görə, Abazyan jurnalistlərə bildirib ki, İrəvan və Bakı yaxın vaxtlarda əsir və itkin düşmüş şəxslərlə bağlı görüş keçirə bilər.
Qeyd edək ki, Ermənistan Azərbaycanın 4 mindən artıq vətəndaşının taleyi barədə bu günə qədər məlumat verməyib.
Musavat.com